Şalva Papuaşvili: Ərzaq qiymətləri ilə bağlı istintaq komissiyasının yaradılması məsələsi yaz sessiyasının ilk iclaslarında müzakirə olunacaq
Parlamentin sədri Şalva Papuaşvilinin jurnalistlərə verdiyi məlumata görə, parlamentin yaz sessiyasının ilk iclaslardan etibarən ərzaq qiymətlərinin tənzimlənməsi ilə bağlı istintaq komissiyasının yaradılması məsələsinə baxılacaq.
InterPress.ge xəbər verir ki, gələn həftə Gürcüstan parlamentində yaz sessiyası açılacaq.
Papuaşvili bildirib ki, proses ictimaiyyət üçün açıq olacaq və müzakirələr ictimai dinləmələr formatında keçiriləcək.
Onun sözlərinə görə, yaradılacaq parlament komissiyası üç əsas istiqamət üzrə – ərzaq məhsulları, dərman vasitələri və yanacaq qiymətləri ilə bağlı mövcud vəziyyəti araşdıracaq.
“İctimai dinləmələr vasitəsilə bütün cəmiyyətin bu prosesə cəlb olunması imkanımız olacaq. Hamımız birlikdə bu sahələrdə qiymətlərin necə formalaşdığını eşidəcəyik. İstehsalçılardan, distribyutorlardan və digər zəncir iştirakçılarından mövqelərini dinləyəcəyik. Görürük ki, bəzi tərəflər qiymətlərin endirilməsi imkanının mövcud olduğunu bildirirlər. Bəzi məsələlər var ki, qanunvericilik yolu ilə tənzimlənə bilər, bəzilərində isə praktikanın, o cümlədən yanaşma və düşüncə tərzinin dəyişdirilməsinə ehtiyac var. Bu açıq prosesdə bütün maraqlı tərəflər iştirak edəcək və məsələnin mahiyyətini birlikdə aydınlaşdıracağıq”, – deyə Şalva Papuaşvili qeyd edib.


