28 
Yan
2026
13:28
187

ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstana səfər edib

Gürcüstandakı ABŞ səfirliyinin məlumatına görə, ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində ölkənin rəsmi şəxsləri və müxalifət liderləri ilə görüşlər keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ səfirliyinin yaydığı məlumatda qeyd olunur.

Məlumata əsasən, nümayəndə heyəti həmçinin Tserovani qəsəbəsində yerləşən məcburi köçkünlər üçün salınmış yaşayış məntəqəsinə baş çəkəcək və Gürcüstandakı mövcud vəziyyətlə yerində tanış olacaq.

“ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyətini Gürcüstanda qəbul etməkdən məmnunuq. Regional səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Gürcüstanın rəsmi şəxsləri və müxalifət liderləri ilə görüşəcək, eyni zamanda Tserovanidə məcburi köçkünlərin yaşadığı qəsəbəni ziyarət edərək ölkədəki mövcud vəziyyətlə tanış olacaqlar”, – deyə ABŞ səfirliyinin yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər