27 
Yan
2026
09:35
232

Rusiya BMT-də Gürcüstan hökumətinin məhkəmə, polis və antikorrupsiya islahatlarını müsbət qiymətləndirib

Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyinin üçüncü katibi Ruslan Stroqanov Gürcüstan hökumətinin məhkəmə sisteminin təkmilləşdirilməsi, polis islahatları və korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı addımları qeyd etdiklərini bildirib.

InterPress.ge xəbər verir ki, o, bu barədə BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UPR) mexanizminin 51-ci sessiyası çərçivəsində Gürcüstanın milli hesabatının müzakirəsi zamanı çıxış edib.

Stroqanovun sözlərinə görə, Rusiya Tbilisinin insan hüquqlarının müdafiəsi üçün hüquqi əsasların gücləndirilməsini, o cümlədən əvvəlki UPR dövründə verilmiş tövsiyələrin icrasına yönəlmiş yeni qanunların qəbulunu müsbət qiymətləndirir.

“Biz insan hüquqlarının qorunması sisteminin daha da təkmilləşdirilməsini hədəfləyən İnsan Hüquqları üzrə Milli Strategiyanın icrası istiqamətində göstərilən səyləri də müsbət dəyərləndiririk. Tövsiyəmiz ondan ibarətdir ki, Gürcüstan bu strategiyanın həyata keçirilməsini davam etdirsin”, – deyə Rusiyanın nümayəndəsi bildirib.

O, həmçinin Rusiyanın Gürcüstan hökumətinin həssas qrupların hüquqlarının qorunması istiqamətində atdığı addımları da qeyd etdiyini vurğulayıb.

Bununla yanaşı, Stroqanov penitensiar sistemdə vəziyyətin yaxşılaşdırılması üçün əlavə səylərə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya həbsxanalarda məhbusların sayının çoxluğu probleminin həlli məqsədilə müvafiq tədbirlərin görülməsini Gürcüstana tövsiyə edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər