26 
Yan
2026
13:54
354

Bütün energetika şirkətlərinin cərimələri silinəcək – İrakli Kobaxidze

"Energetika sektorunda fəaliyyət göstərən bütün şirkətlərin cərimələri istisnasız olaraq silinəcək."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, qəbul edilən qərarın əsas xüsusiyyəti ondan ibarətdir ki, heç bir diferensiasiya tətbiq olunmayacaq və qərar bütün energetika şirkətlərinə eyni şəkildə şamil ediləcək.

“Cərimələr istisnasız olaraq bütün energetika şirkətlərinə silinəcək və yalnız o halda bərpa olunacaq ki, şirkət öz öhdəliklərini yerinə yetirməsin. Bu qərarın fərqləndirici cəhəti də məhz budur – heç bir ayrım yoxdur, qərar hamıya aiddir”, – deyə Baş nazir jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, hökumətin qərarına əsasən, energetika sektorunda fəaliyyət göstərən bütün şirkətlərin dövlət qarşısında ümumilikdə 1 milyard lari həcmində yığılmış cərimələri müəyyən şərtlə silinir. Şərtə görə, əgər şirkətlər yenilənmiş müddəalara əməl etməzsə, yeni hesablanan cərimə və peni məbləğini tam şəkildə ödəməli olacaq, eyni zamanda əvvəl silinmiş cərimələr də bərpa ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər