26 
Yan
2026
09:50
222

İrakli Kobaxidze: Ayrı-ayrı məhsullar üzrə 25%-lik qiymət artımı kartel razılaşması şübhəsi yaradır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, konkret bir məhsul üzrə bir neçə gürcü istehsalçı arasında razılaşma əldə olunub və həmin məhsulun qiyməti eyni vaxtda 25 faiz artırılıb. Baş nazirin sözlərinə görə, bu cür hallar ciddi narahatlıq doğurur və kartel razılaşmaları əsasında qiymət artımının baş verdiyinə dair əsaslı şübhələr yaradır.

Onun qeyd etdiyinə görə, oxşar proseslər şəbəkə marketlərinə və distribusiya sektoruna da aid ola bilər.

Baş nazir vurğulayıb ki, məsələnin hərtərəfli və dərin araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin prosesə cəlb olunması vacibdir.

“Biz mövzunu dərindən araşdırmaq üçün bütün mümkün mexanizmlərdən istifadə etməliyik. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanmış prosedurlar da məhz bununla bağlıdır. Müəyyən etməliyik ki, kartel razılaşması mövcuddur, yoxsa yox. Bir konkret nümunə gətirim: müəyyən bir məhsulla bağlı — əlavə araşdırma aparılana qədər detalları açıqlamayacağam — bir neçə yerli istehsalçı arasında açıq şəkildə razılaşma olub və onlar eyni vaxtda həmin məhsulun qiymətini 25 faiz artırıblar. Bu cür faktlar təbii olaraq narahatlıq yaradır və qiymət artımının kartel razılaşmaları nəticəsində baş verdiyinə dair şübhələr formalaşdırır. Eyni hal şəbəkə marketləri və distribusiya sahəsinə də aid ola bilər. Məsələnin hərtərəfli araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin iştirakı mühüm əhəmiyyət daşıyır”, – deyə Baş nazir İmedi TVnin efirində bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər