25 
Yan
2026
13:12
174

Mineapolisdə federal agentlərin açdığı atəş nəticəsində daha bir nəfər öldürülüb

ABŞ-ın Minnesota ştatının Mineapolis şəhərində federal agentlər tərəfindən daha bir nəfər öldürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı CNN Mineapolis polisinə istinadən yayıb.

Hadisə yanvarın 24-də baş verib. Bu, son bir ay ərzində miqrasiya nəzarətinin sərtləşdirilməsi fonunda federal agentlərin iştirakı ilə qeydə alınan ikinci ölüm faktıdır.

ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin açıqlamasına görə, Sərhəd Xidmətinin agentləri özünümüdafiə məqsədilə atəş açıblar. Bildirilib ki, öldürülən şəxs agentlərə tapança ilə yaxınlaşıb.

Mineapolis polis rəisi Brayan O’Haranın sözlərinə görə, öldürülən şəxs şəhərin 37 yaşlı sakini olub və ehtimal edilir ki, o, ABŞ vətəndaşıdır. Onun silahı qanuni yolla əldə etdiyi, həmçinin əvvəllər məhkumluğunun olmadığı qeyd olunur.

Mineapolis meri Ceykob Frey baş verənlərlə bağlı kəskin açıqlama verərək bildirib:

“Bu əməliyyat dayandırılsın deyə daha neçə sakin, neçə amerikalı ölməli və ya ağır xəsarət almalıdır?”

Mediada yer alan məlumata görə, ABŞ prezidenti Donald Trampa insident barədə artıq məlumat verilib.

Bizimlə əlaqə saxlayın