21 
Yan
2026
17:07
217

Aygül İsayeva: Fənn imtahanından 10 kredit toplayan təcrübəçi müəllimlərə baş müəllim statusu veriləcək

Qeyri-gürcüdilli məktəblərdə və ya sektorlarda işləyən, 2026-cı il yanvarın 1-dək fənn imtahanından 10 kredit toplayan təcrübəçi statusu olan müəllimlərə birbaşa baş müəllim statusu veriləcək. Həmin müəllimlər gürcü dili kurslarından və 48 saatlıq təlimlərdən azad olunacaqlar.

InterPress.ge xəbər verir ki, təcrübəçi müəllim statusu 2025–2026-cı tədris ilinin sonunda ləğv olunur. Buna baxmayaraq, iyul ayında keçirilən sertifikasiya imtahanında azərbaycandilli məktəblərdə çalışan təxminən 500 təcrübəçi müəllim statusunu təsdiqlədə bilməmişdir.

“Maarif” təşkilatının direktoru Aygül İsayevanın Təhsil Nazirliyinə ünvanladığı müraciət əsasında həmin müəllimlər üçün sertifikasiya imtahanları iyul ayından əlavə olaraq 2025-ci il dekabrın 1, 2 və 3-də yenidən keçirilmişdir. Aygül İsayevanın dövlət qurumlarına ünvanladığı müraciətlər nəticəsində sertifikasiya imtahanından 10 kredit toplayan müəllimlərə əlavə tələb olmadan birbaşa baş müəllim statusu veriləcək. Bu məsələ dövlət qurumlarının iştirakı ilə keçirilən Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayında da vurğulanmışdır. 

Qeyd edək ki, baş müəllim statusunun əldə edilməsi müəllimlərin maaşının iki-üç dəfə artmasına səbəb olur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər