19 
Yan
2026
17:55
166

Putinin xüsusi nümayəndəsi Davosda ABŞ nümayəndələri ilə görüşəcək

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sabah Davosda ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, tərəflər Ukrayna ilə bağlı ABŞ-nin sülh planını müzakirə edəcəklər.

Bizimlə əlaqə saxlayın