Xüsusilə külli miqdarda narkotiklərlə bağlı üç nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi, Vake-Saburtalo və İsanı-Samqori baş idarələrinin, eləcə də Kaxetiya Polis Departamentinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına köməklik göstərilməsi ittihamı ilə müxtəlif vaxtlarda üç nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları narkotik cinayətində təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar zamanı, həmçinin müxtəlif ərazilərdən satış məqsədi ilə hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələri maddi sübut kimi götürüblər. Aşkar edilən narkotiklər arasında “qurudulmuş marixuana” və “MDMA” da var.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı prima maddələri üzrə aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


