17 
Yan
2026
23:47
259

Mixeil Saakaşvili: Gənclərdən ibarət hökumətdə anti-oliqarxiya komitəsi mütləq olmalıdır

Həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında yayımladığı müraciətdə gənclərdən ibarət hökumət formalaşdırılması ideyasına toxunub.

Saakaşvili qeyd edib ki, əgər sabah hökuməti tamamilə gənclərdən formalaşdırmaq imkanı yaransa, cəmiyyəti kimin hansı posta layiq gördüyü maraqlıdır. Onun sözlərinə görə, belə bir hökumətin tərkibinə mütləq müstəqil Antikorrupsiya Bürosu və anti-oliqarxiya komitəsi daxil edilməlidir.

Saakaşvilinin vurğulamasına görə, anti-oliqarxiya komitəsinin əsas məqsədi oliqarxların siyasətdən kənarlaşdırılması və gələcəkdə onların siyasi proseslərə təsirinin qarşısının alınması olmalıdır.

O, həmçinin bildirib ki, Gürcüstanda hər hansı vəzifəyə iddiası yoxdur, çünki artıq Ukraynada vəzifə tutur və karyerasını orada davam etdirmək imkanına malikdir.

“Ukraynada hələ görüləsi çox iş var”, – deyə Saakaşvili müraciətində qeyd edib.

Bizimlə əlaqə saxlayın