Bir nəfərə qarşı fiziki zorakılıq tətbiq edən 4 nəfər şəxslər saxlanıldı
Vakedə baş verən qarşıdurma faktı ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən 4 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, saxlanılan şəxslər 29 yaşlı kişiyə fiziki zorakılıq göstərərək hadisə yerindən qaçıblar.
Məlumatda bildirilir ki, Tbilisi Polis Departamentinin Vake–Saburtalo Baş İdarəsinin əməkdaşları zorakılıq ittihamı ilə 1998-ci il təvəllüdlü T.T., 2000-ci il təvəllüdlü G.T., 2005-ci il təvəllüdlü V.S. və 1997-ci il təvəllüdlü M.X.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, cari ilin 16 yanvar tarixində Tbilisidə, Araqişvili küçəsində tərəflər arasında yaranmış mübahisə zəminində 1997-ci il təvəllüdlü M.X.-yə fiziki zorakılıq göstərilib və hadisədən sonra şübhəlilər ərazini tərk ediblər.
Aparılan operativ-axtarış və istintaq tədbirləri nəticəsində saxlanılan şəxslər isti izlərlə tutulublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq aparılır ki, bu maddə bir ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


