16 
Yan
2026
22:12
204

Baço Axalaia: “Qızılgül inqilabı uğursuz dövlətdən müasir Gürcüstan dövlətini formalaşdırdı”

Keçmiş yüksək vəzifəli şəxs Baço Axalaia saxlanılmasından əvvəl yayımladığı videomüraciətdə bildirib ki, Qızılgül inqilabı uğursuz dövlət modelindən real və müasir dövlət konturlarına malik Gürcüstanın formalaşmasına səbəb olan əsas hadisə olub. Video sosial şəbəkələrdə onun həyat yoldaşı tərəfindən paylaşılıb.

Axalaia vurğulayıb ki, Mixail Saakaşvili dövrünün hakimiyyəti ilə heç bir digər hakimiyyət müqayisə oluna bilməz. Onun sözlərinə görə, əvvəlki dövrlərdə ölkəyə rəhbərlik etmiş şəxslərin heç biri Saakaşvili hakimiyyətinin effektivliyinə yaxın ola bilməyib.

“Bundan əvvəl Şevardnadze var idi, qısa müddətlik Qamsaxurdiya, Qumbaridze, ondan əvvəl Patiyaşvili, Mjavənadze, Çarkviani və digərləri. Bunlardan hansını Saakaşvili hakimiyyəti ilə müqayisə etmək olar? Hansını? Kimsə deyərsə ki, guya Noe Jordaniyanın hakimiyyəti daha yaxşı idi, üzr istəyirəm. Ona görə də açıq və dürüst şəkildə deyə bilərəm ki, Mişanın hakimiyyəti yaxın tarixdə tapa biləcəyimiz ən effektiv, vicdanlı, işə fokuslanan və ən çox milli maraqlara xidmət edən hakimiyyət olub”, – deyə Baço Axalaia bildirib.

Bizimlə əlaqə saxlayın