Ov tüfəngi ilə kişi güllələndi
Kaxeti bölgəsində kişi ov tüfəngi ilə güllələnib.
InterPress.ge xəbər verir ki, qanlı hadisə 10 yanvar tarixində Sığnaği rayonunda qeydə alınıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 10 yanvarında Sığnaği rayonunda baş vermiş mübahisə zəminində 1989-cu il təvəllüdlü G.L.-ni ov tüfəngindən açılan atəşlə ağır yaralayıb və hadisə yerindən qaçıb.
Bir neçə gün davam edən axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Sığnaği rayon şöbəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə 1990-cı il təvəllüdlü G.M.-ni saxlayıblar.
Yaralı kişi xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


