InterPress.ge xəbər verir ki, hadisə 26 May küçəsində baş verib.
İlkin məlumata görə, Ford Fusion markalı avtomobil ilə Mini Cooper markalı avtomobil toqquşub.
Qəza nəticəsində Mini Cooper-in sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Tibbi mənbələrdən verilən məlumata əsasən, sürücünün vəziyyəti qənaətbəxş qiymətləndirilir və həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


