12 
Yan
2026
18:57
415

İrakli Qaribaşvili Rustavi N12 penitensiar müəssisəsinə yerləşdirilib

Keçmiş baş nazir İrakli Qaribaşvili Rustavi şəhərində yerləşən N12 penitensiar müəssisəsinə yerləşdirilib.

InterPress.ge xəbər verir ki, məlumata görə, keçmiş baş nazir istintaqla prosessual razılaşma imzalayıb.

Razılaşmaya əsasən, ona cəza növü və müddəti olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan əlavə, əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə tətbiq olunub.

Gürcüstan Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən İrakli Qaribaşvili ilə prosessual razılaşma əldə olunub. Razılaşmaya əsasən, Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Eyni zamanda, əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Həmçinin, cinayət fəaliyyəti nəticəsində əldə edildiyi iddia olunan və yaşayış evində aparılan axtarış zamanı götürülən pul vəsaiti dövlət xeyrinə müsadirə olunacaq.

Məlumata əsasən, İrakli Qaribaşvili törətdiyi əməli etiraf edir və prosessual razılaşmanın şərtləri ilə razılaşır. Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatəti məhkəmə tərəfindən artıq təmin edilib.

Bizimlə əlaqə saxlayın