Bu gün “Netgazeti” və “Batumelebi” nəşrlərinin təsisçisi Mzıa Amağlobelinin dəstəyinə həsr olunmuş yürüşün keçirilməsi planlaşdırılıb.
InterPress.ge xəbər verir ki, yürüşün təşkilatçılarının verdiyi məlumata görə, aksiya saat 20:00-da Marjanişvili meydanından başlayacaq. İştirakçılar Qalaktion körpüsü və Mixeil Cavahişvili küçəsi ilə hərəkət edərək Rustaveli prospektində, Parlament binası qarşısında toplaşacaqlar.
Bununla yanaşı, dünən saat 22:00-da Mzıa Amağlobelinin həmkarları, dostları və tərəfdarları Rustavi Qadınlar Koloniyası qarşısında simvolik aksiya keçiriblər.
Məlumat üçün bildirək ki, yanvarın 12-də Mzıa Amağlobelinin saxlanılmasından bir il ötür.
.jpg)