11 
Yan
2026
12:12
164

İnterpol tərəfindən axtarışda olan xarici vətəndaş saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikasının vətəndaşını Batumi şəhərində saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, 1973-cü il təvəllüdlü C.K. Türkiyə Respublikası tərəfindən azadlıqdan məhrumetmə və hədə-qorxu ilə bağlı cinayət faktlarına görə 2025-ci ilin noyabr ayından etibarən İnterpolun qırmızı bülleteni əsasında beynəlxalq axtarışda olub.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, müvafiq hüquqi proseslər başa çatdıqdan sonra onun Türkiyə Respublikasına təhvil verilməsi məsələsinə baxılacaq.

Bizimlə əlaqə saxlayın