10 
Yan
2026
16:58
90

Quram Maçaraşvili: Dünyada ədalət prinsiplərinin bərpası prosesi başlayıb və bu qondarma “zəhərlənmə” mövzusunda iştirak edən beynəlxalq media qurumlarına ABŞ prezidenti artıq cavab verib

“Xalqın Gücü” partiyasının icraçı katibi Quram Maçaraşvili 2024-cü ilin dekabrında baş vermiş zorakı aksiyalarda iştirak edən şəxslərin sosial şəbəkələrdə yaydıqları videomaterialla bağlı mediaya açıqlama verib.

InterPress.ge xəbər verir ki, aözügedən videoda aksiyalarda iştirak edənlər guya kimyəvi maddə ilə zəhərləndiklərini iddia edir və Qərbdən bu məsələnin araşdırılmasında yardım istəyirlər.

Maçaraşvilinin sözlərinə görə, bu, “Milli Hərəkat”ın yenidən canlandırılmasına yönəlmiş uğursuz cəhddir və bunun baş tutması mümkün deyil.

Onun bildirdiyinə görə, “Milli Hərəkat”ın və onun törəmə strukturlarının siyasi fəaliyyəti artıq başa çatıb və 2026-cı ilə boş gündəmlə başladıqlarını görən bu qüvvələr hər hansı mövzunu gündəmə gətirməyə çalışırlar. Maçaraşvili qeyd edib ki, bunun üçün himayədarlarına müraciət edilib, guya kimsə zəhərlənibmiş kimi video hazırlanıb və mövzunun aktuallaşdırılması məqsədilə onlara bağlı media qurumları da prosesə cəlb olunub.

“Biz açıq şəkildə görürük ki, dünyada artıq ədalət prinsiplərinin bərpası prosesi başlayıb. Təəssüf ki, bu qondarma ‘zəhərlənmə’ mövzusunda iştirak edən beynəlxalq media qurumlarına — BBC və müxtəlif agentliklər timsalında — ABŞ prezidenti artıq öz cavabını verib”, – deyə Quram Maçaraşvili bildirib.

Bizimlə əlaqə saxlayın