Yanvarın 13-dək olan hava proqnozu açıqlandı
13 yanvaradək Gürcüstanın bir sıra bölgələrində arabir yağıntılı hava şəraiti müşahidə olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Milli Agentliyi məlumat verib.
Agentliyin açıqlamasında bildirilir ki, Tbilisidə əsasən yağıntısız hava hökm sürəcək, gündüz saatlarında havanın temperaturu +9…+11 dərəcə təşkil edəcək.
Sahil zonasında, o cümlədən Batumi, Kobuleti, Anaklia və Potidə bəzi ərazilərdə yağış ehtimalı var. Bu rayonlarda gündüz temperaturunun +11…+13 dərəcə olacağı gözlənilir.
Qərbi Gürcüstanın aran bölgələrində – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə yerli xarakterli yağışlar mümkündür, gündüz temperaturu isə +13…+15 dərəcə arasında dəyişəcək.
Qərbi Gürcüstanın dağlıq ərazilərində, Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında bəzi yerlərdə yağıntı gözlənilir, gündüz havanın temperaturu +8…+10 dərəcə olacaq. Yüksək dağlıq zonalarda, Mestia və Baxmaroda isə qar və çovğun ehtimalı var, temperatur +1…+3 dərəcə təşkil edəcək.
Kartli bölgəsində, Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Çxinvalidə arabir yağış mümkündür, gündüz temperaturu +9…+11 dərəcə səviyyəsində olacaq.
Kaxetidə – Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta və Dedoplistskaroda bəzi yerlərdə yağış gözlənilir, havanın temperaturu gündüz +8…+10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında, Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə yağıntı ehtimal olunur, gündüz temperaturu +4…+6 dərəcə olacaq. Yüksək dağlıq ərazilərdə – Axalkalaki, Zalka, Bakuriani, Qudauri və Omaloda isə qar və çovğun gözlənilir, gündüz temperaturu -1…-3 dərəcə təşkil edəcək.


