09 
Yan
2026
11:20
202

Karelidə qrup halında quldurluq: iki nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Kareli rayon idarəsinin əməkdaşları qrup halında törədilmiş quldurluq faktı ilə bağlı iki nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslər əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü A.M. və 2000-ci il təvəllüdlü G.K.-dır. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin ikinci hissəsinin “a” və üçüncü hissəsinin “a” bəndləri ilə aparılır ki, bu da 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, Kareli bələdiyyəsinin Dvani kəndi ərazisində G.M.-yə məxsus yaşayış evində qonaq olan A.M. və G.K. ev sahibinə məxsus pulu qanunsuz olaraq ələ keçiriblər. Hadisəni dərhal fərq edən ev sahibi vəsaitin geri qaytarılmasına cəhd edib, bu isə tərəflər arasında fiziki qarşıdurmaya səbəb olub.

Məlumata görə, G.M. 112 İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə zəng etməyə çalışsa da, şübhəlilər onun mobil telefonunu da ələ keçirərək qanunsuz mənimsədikləri pulla birlikdə hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində A.M. və G.K. “isti izlərlə” saxlanılıb. Faktla bağlı istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın