09 
Yan
2026
11:18
223

Dostunu öldürən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Qvarelidə törədilmiş qətl hadisəsini qısa müddətdə açıb və qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, şübhəli şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək zərərçəkənə ölümcül xəsarətlər yetirib. Məlumata əsasən, Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü L.Ç.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, hadisə Qvareli bələdiyyəsində baş verib. Təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zamanı 1977-ci il təvəllüdlü N.A.-ya soyuq silahla ölümcül xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb. Aparılan istintaq tədbirləri nəticəsində L.Ç. cinayətdən bir neçə saat sonra “isti izlərlə” saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi üzrə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın