Tbilisidə bıçaqlanma hadisəsi: Ukrayna vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə baş vermiş bıçaqlanma faktı ilə bağlı Ukrayna vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hadisə yanvarın 7-də şəxsi mübahisə zəminində baş verib. Şübhəli şəxs bir nəfəri soyuq silahdan istifadə etməklə yaraladıqdan sonra hadisə yerindən qaçıb.
Bildirilib ki, DİN-in Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı V.R.-ni saxlayıblar. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2026-cı il yanvarın 7-də Tbilisi şəhərində mübahisə zamanı 2003-cü il təvəllüdlü A.R.-ni bıçaqlayıb və hadisə yerindən uzaqlaşıb.
Xəsarət alan gənc müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs “isti izlərlə” saxlanılıb. Cinayətin törədilməsində istifadə edildiyi ehtimal olunan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə aparılır. Həmin maddə iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


