Ağ Ev: ABŞ Qrenlandiya üzərində nəzarət imkanlarını nəzərdən keçirir, hərbi güc istisna edilmir
ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirməklə bağlı müxtəlif variantları nəzərdən keçirir və bu prosesdə hərbi gücdən istifadə ehtimalı da istisna edilmir.
InterPress.ge xəbər verir ki, bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.
Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, ABŞ prezidenti Donald Trumpın administrasiyası “mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları dəyərləndirir”.
Bəyanatda vurğulanır ki, prezident Tramp Qrenlandiya üzərində nəzarətin ABŞ-ın milli təhlükəsizliyi üçün prioritet olduğunu açıq şəkildə ifadə edib. Qeyd olunub ki, bu addım Arktika regionunda ABŞ-ın rəqiblərinin qarşısının alınması baxımından kritik əhəmiyyət daşıyır və ABŞ Silahlı Qüvvələrinin istifadəsi də hər zaman mümkün variant olaraq qalır.
Eyni zamanda CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marco Rubio Konqres üzvləri ilə qapalı görüşdə ABŞ-ın Qrenlandiyanı satın almağı planlaşdırdığını bildirib.


