ABŞ nümayəndəsi: Ukrayna ilə bağlı “möhkəm rifah sazişi”nin bağlanmasına çox yaxınıq
ABŞ prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff “İstəkli ölkələr koalisiyası”nın iclasından sonra əldə olunan razılaşma barədə danışaraq bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması prosesində iştirak edən tərəflər “möhkəm rifah sazişi”nin yekunlaşdırılmasına çox yaxınlaşıblar.
Stiv Uitkoffun sözlərinə görə, sözügedən razılaşma Ukrayna xalqı üçün geniş imkanlar açacaq. O qeyd edib ki, bu çərçivədə ukraynalılar keyfiyyətli və davamlı iş yerlərinə çıxış əldə edəcəklər. Onun bildirdiyinə görə, prosesə BlackRock şirkəti və onun icraçı direktoru Larry Fink fəal şəkildə cəlb olunub.
“Biz son dərəcə möhkəm rifah sazişinin bağlanmasına çox yaxınıq. Bu, praktik olaraq münaqişədən çıxmış ölkələrin indiyədək malik olmadığı bir razılaşmadır. Bu, təbii ki, Ukrayna xalqı üçün böyük imkanlar deməkdir. Müharibədən qayıdan insanlar ölkədə yaxşı iş yerləri tapa biləcəklər. Bu istiqamətdə BlackRock və Larri Finklə əməkdaşlıq edirik və hesab edirik ki, bu, Ukrayna əhalisi üçün son dərəcə əhəmiyyətli olacaq. Biz inanırıq ki, güclü iqtisadiyyat təhlükəsizlik mexanizmləri ilə birbaşa əlaqəlidir və onları tamamlayır”, – deyə Stiv Uitkoff bildirib.


