03 
Yan
2026
16:10
299

Amerikalı hərbçilər Venesuela Prezidenti Nicolas Maduronu saxlayıblar - Trampdan açıqlama

ABŞ Prezidenti Donald Trump amerikalı hərbçilərin Venesuela Prezidenti Nicolas Maduronun saxlanılması ilə bağlı həyata keçirdiyi əməliyyatı “parlaq” adlandırıb. Tramp bunu The New York Times nəşrinə müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, əməliyyat uzunmüddətli planlaşdırma tələb edib və prosesdə çoxsaylı peşəkar hərbçilər iştirak ediblər. Tramp vurğulayıb ki, əməliyyat zamanı ABŞ tərəfi itki verməyib.

Məlumata əsasən, əməliyyatı ABŞ-ın elit hərbi bölməsi olan Delta Force həyata keçirib. Bu barədə CBS News də məlumat yayıb.

Donald Trampın açıqlamasına görə, ABŞ hərbçiləri Nikolas Maduronu saxlayaraq ölkədən çıxarıblar. O, Truth Social platformasında paylaşımında ABŞ-ın Venesuelaya və onun liderinə qarşı genişmiqyaslı əməliyyatı uğurla icra etdiyini qeyd edib və əməliyyatın ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirildiyini bildirib.

Tramp həmçinin yerli vaxtla saat 11:00-da, Tbilisi vaxtı ilə 20:00-da Mar-a-Laqoda mətbuat konfransının keçiriləcəyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər