Parlament deputatı Savalan Mirzəyev həmvətənləri Yeni 2026-cı il münasibətilə təbrik edib
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Yeni 2026-cı il münasibətilə Azərbaycan icmasını və bütün həmvətənləri təbrik edib.
InterPress.ge xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədə paylaşım edib.
Deputatın təbrikində bildirilib ki, geridə qalan il ölkə üçün mühüm hadisələr, islahatlar və birgə əldə olunan uğurlarla yadda qalıb. O vurğulayıb ki, vətəndaşların əməyi, dövlətə bağlılığı və fəal mövqeyi Gürcüstanın daha da güclənməsinə və inkişafına mühüm töhfə verir.
Savalan Mirzəyev Yeni ilin hər bir ailəyə ruzi-bərəkət gətirməsini arzulayaraq, doğma bölgələrə – Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Rustavi, Tsalka, Tetritskaro və bütövlükdə Gürcüstana sülh, xoşbəxtlik və tərəqqi diləyib. Deputat yeni ilə daha böyük ümidlər, daha sıx birlik və daha yüksək hədəflərlə qədəm qoymağın vacibliyini qeyd edib.
Sonda parlament üzvü bütün həmvətənləri Yeni il münasibətilə təbrik edərək, 2026-cı ilin uğurlu və bərəkətli olmasını arzulayıb.


