31 
Dek
2025
10:47
358

Tbilisidə Rusiya maraqlarının bölməsi Rusiya vətəndaşlarını Gürcüstana səfərdən əvvəl riskləri qiymətləndirməyə çağırır

Tbilisidə İsveçrə səfirliyi yanında Rusiya Federasiyasının maraqlarının bölməsi Rusiya vətəndaşlarına müraciət edərək Gürcüstana səfər etməzdən əvvəl mümkün riskləri diqqətlə dəyərləndirməyi tövsiyə edib.

Bəyanatda bildirilir ki, son dövrlərdə Gürcüstana girişdən imtina halları artıb. Xüsusilə pasportlarında doğum yeri kimi Ukrayna Sovet Sosialist Respublikası, Abxaziya Muxtar Sovet Sosialist Respublikası, Cənubi Osetiya, Krım, Donetsk və Luqansk “xalq respublikaları”, eləcə də Zaporojye və Xerson vilayətləri göstərilən Rusiya Federasiyası vətəndaşları bu cür hallarla daha çox üzləşirlər.

Maraqların bölməsi qeyd edir ki, mövcud şəraitdə Gürcüstanın sərhəd orqanlarının fəaliyyəti Rusiyanın Gürcüstana səfər planlaşdıran vətəndaşları üçün qeyri-müəyyənlik yaradır. Bu səbəbdən də Gürcüstana getməyi düşünən şəxslərə bütün amilləri və mümkün riskləri öncədən diqqətlə ölçüb-biçmək tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər