30 
Dek
2025
11:34
464

Gürcüstanda soyuq və yağıntılı hava şəraiti bu tarixədək davam edəcək

"Yanvarın 3-dək ölkə ərazisində soyuq və fasilələrlə yağıntılı hava şəraiti qorunub saxlanılacaq."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentliyin açıqlamasında bildirilir ki, Tbilisidə dekabrın 31-də günün sonuna doğru zəif sulu qar müşahidə oluna bilər. Yanvarın 1-i günün ikinci yarısından yanvarın 2-si səhər saatlarınadək isə paytaxtda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında 0-dan -2 dərəcəyədək enəcək, gündüz isə +2, +4 dərəcə təşkil edəcək.

Sahil rayonlarında, o cümlədən Batumi, Kobuleti, Anaklia və Potidə əsasən qar şəklində yağıntı gözlənilir. Bu bölgələrdə gecə temperaturunun 0-dan +2 dərəcəyədək, gündüz isə +5, +7 dərəcə arasında olacağı proqnozlaşdırılır.

Qərbi Gürcüstanın düzənlik ərazilərində – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə də yağıntı əsasən qar formasında düşəcək. Gecə saatlarında temperatur 0-dan -2 dərəcəyədək, gündüz isə +4, +6 dərəcə civarında olacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində, o cümlədən Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında qar və çovğun gözlənilir. Bu ərazilərdə gecə temperaturu -5, -7 dərəcə, gündüz isə 0-dan -2 dərəcəyədək dəyişəcək.

Yüksək dağlıq rayonlarda, Mestia və Baxmaroda güclü qar və çovğun proqnozlaşdırılır. Havanın temperaturu gecə -8, -10 dərəcə, gündüz isə -3, -5 dərəcə olacaq.

Kartli bölgəsində, o cümlədən Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Çxinvalidə bəzi ərazilərdə qar yağacağı gözlənilir. Gecə temperaturu -2, -4 dərəcə, Şida Kartlidə isə -7, -9 dərəcəyədək enəcək, gündüz saatlarında isə +2, +4 dərəcə təşkil edəcək.

Kaxetidə – Saqareco, Telavi, Qurdjaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaro ərazilərində də bəzi yerlərdə qar yağacağı gözlənilir. Bu bölgədə gecə temperaturu -3, -5 dərəcə, gündüz isə +2, +4 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında, Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə qar və çovğun gözlənilir. Gecə temperaturu -10, -12 dərəcə, gündüz isə 0-dan -2 dərəcəyədək dəyişəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində – Axalkalaki, Zalka, Bakuriani, Qudauri və Omaloda isə güclü qar və çovğun proqnozlaşdırılır. Bu ərazilərdə gecə temperaturunun -13, -15 dərəcə, gündüz isə -3, -5 dərəcə olacağı bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər