Tbilisidə narkotik cinayəti ilə bağlı 3 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları Tbilisidə narkotik cinayətləri ilə bağlı üç nəfəri saxlayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin üçüncü hissəsinin “a” bəndi ilə aparılır. Sözügedən maddə 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Rəsmi məlumata əsasən, Şida Kartli Polis Departamentinin Kaspi Rayon İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1992-ci il təvəllüdlü Ş.C.-ni saxlayıblar.
Hüquq-mühafizə orqanları tərəfindən Kaspi bələdiyyəsinin Kavtisxevi kəndində şübhəli şəxsə məxsus yaşayış evi, köməkçi tikili və evin ətraf ərazisində aparılan axtarış zamanı maddi sübut kimi 712 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Fakt üzrə istintaq tədbirləri davam etdirilir.


