Tamta Meqrelişvili: Axalaianın açıqlaması Bürçuladze və Zodelavanın çevriliş planını təsdiqləyir - VİDEO
“Xalqın Gücü” hərəkatının üzvü Tamta Meqrelişvili sabiq müdafiə naziri Baço Axalaianın 4 oktyabr işi ilə bağlı səsləndirdiyi açıqlamaya münasibət bildirib.
Meqrelişvili qeyd edib ki, Axalaia jurnalist Tengo Qoqotişvili ilə müsahibəsində ona ünvanlanan sualı cavablandırarkən, 4 oktyabr işi üzrə saxlanılmış müxalifətçi siyasətçilərlə birlikdə dövlət çevrilişində iştirak etmədiyini bildirib. Axalaianın sözlərinə görə, həmin şəxslərin gördüyü işlərdə onun iştirakı olmayıb.
Tamta Meqrelişvili bu cavabı belə şərh edib ki, Axalaianın açıqlaması əslində çevriliş planında Bürçuladze və Zodelavanın iştirak etdiyini, lakin Axalaianın özü bu prosesdə yer almadığını göstərir. O, sosial şəbəkə paylaşımında “Bürçuladze və Zodelava – bəli, mən isə yox” ifadəsini işlədib.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu Baçana Axalaia barəsində qrup halında zorakılığın təşkili və ona rəhbərlik etmə faktları üzrə rəsmi ittiham irəli sürüb. Bu iş üzrə istintaq tədbirləri davam etdirilir.


