27 
Dek
2025
11:30
395

Qardabanidə evlərdən oğurluq edən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi müxtəlif vaxtlarda törədilmiş oğurluq cinayətləri ilə bağlı axtarışda olan şəxsin saxlanıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları cari ilin 28 avqust tarixindən etibarən bir neçə oğurluq faktına görə axtarışda olan, 1992-ci il təvəllüdlü F.A.-nı saxlayıblar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Qardabani şəhərində yerləşən yaşayış evlərinə müxtəlif vaxtlarda qanunsuz daxil olaraq oğurluq məqsədilə məişət əşyaları və texniki avadanlıqları gizli yolla ələ keçirib.

Məlumata əsasən, törədilmiş cinayətlərə görə Qardabani Rayon Məhkəməsi tərəfindən F.A. barəsində qiyabi qaydada azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Saxlanılan şəxs hazırda penitensiar müəssisəyə yerləşdirilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər