26 
Dek
2025
15:38
291

“Gürcü Arzusu”nun Gənclər Təşkilatına yeni sədr seçilib

Gürcü Arzusu partiyasının gənclər təşkilatının sədri vəzifəsinə Varlam Liparteliani seçilib.

InterPress.ge xəbər verir ki, hakim partiyanın gənclər təşkilatının qurultayı Tbilisidə yerləşən “Paraqraf” otelində keçirilib.

Qurultayda partiyanın sədri İrakli Kobaxidze, baş katib Kaxa Kaladze, siyasi katib Şalva Papuashvili, regional katib Dimitri Samxaradze və Siyasi Şuranın üzvləri iştirak ediblər. Gənclər təşkilatının qurultayında fəxri qonaq qismində Tsotne İvanişvili də yer alıb.

Qurultayda nümayəndələr Varlam Lipartelianini yekdilliklə “Gürcü Arzusu”nun gənclər təşkilatının sədri seçiblər. Eyni zamanda, gənclər təşkilatının idarə heyətinin beş üzvü də təsdiqlənib. İdarə heyətinə Mariam Qriqolişvili, Nugzar Şoşiaşvili, Davit Bodaveli, Tekla Tikanashvili və Anri Metreveli daxil edilib.

Qeyd edək ki, Varlam Liparteliani bu vəzifədə Giorgi Çakvetadzeni əvəz edib. Giorgi Çakvetadze 2016-cı ildən etibarən “Gürcü Arzusu”nun gənclər təşkilatına rəhbərlik edirdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər