Levan Maçavariani: Niyə Avropa Komissiyası Ukrayna və Moldovaya dair hesabatda korrupsiya və insan hüquqları bölmələrini buraxıb?
“Gürcü Arzusu” fraksiyasının sədrinin birinci müavini, parlament çoxluğunun üzvü Levan Maçavariani Avropa Komissiyasının genişlənmə ilə bağlı hesabatını tənqid edərək suallar ünvanlayıb. O, sosial şəbəkədə yazıb ki, Avropa Komissiyası sözügedən hesabatda Ukrayna və Moldova üçün altı bölmə əvəzinə cəmi dörd bölmə ayırıb.
Maçavarianinin sözlərinə görə, xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, korrupsiya və insan hüquqları ilə bağlı iki bölmə məhz bu iki ölkə üzrə hesabatdan çıxarılıb. Deputat bunun səbəbinin nə olduğu ilə maraqlanaraq qeyd edib ki, bu yanaşma suallar doğurur və obyektivlik baxımından izaha ehtiyac var.
Levan Maçavariani paylaşımında cəmiyyətə müraciət edərək bildirib ki, artıq baş verənlərə tənqidi düşüncə ilə yanaşmağın vaxtı çatıb.


