22 
Dek
2025
18:35
1756

Qırmızı Körpü-Rustavi yolunda ağır yol qəzası - Yaralılar var (FOTO)

21 dekabr tarixində Rustaveli–Qırmızı Körpü avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, gecə saatlarında Marneulidən Tbilisiyə doğru hərəkət edən “Mercedes-Benz” markalı avtomobil, yolun həmin hissəsində görünüşün zəif olması səbəbindən kənarda dayanan yük maşınına (TR) çırpılıb.

Qəza nəticəsində avtomobildə olan üç nəfər gənc müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Rustavi şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, xəsarət alanlardan ikisinin vəziyyəti yüngül, bir nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Ağır xəsarət alan şəxs hazırda komadadır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqa başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər