Ukrayna mediasının məlumatına görə, Andrey Yermakın istefasından sonra onun müşavirləri, o cümlədən Sergey Leşçenko və Mixaylo Podolyak da işdən çıxarılıb
Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri vəzifəsindən Ukrayna parlamentinin sabiq deputatı, həmçinin dövlət dəmir yolu şirkəti Ukrzaliznytsianın Müşahidə Şurasının hazırkı üzvü Serhiy Leşenko azad edilib.
Bu barədə “Ukrainian News” nəşrinin sorğusuna cavab olaraq Ukrayna Prezident Administrasiyasının rəsmi açıqlamasında bildirilib.
Prezident Administrasiyasının təqdim etdiyi məlumata görə, Volodimir Zelenskinin administrasiyasının rəhbəri Andriy Yermak vəzifəsindən ayrıldıqdan sonra onun bütün müşavirləri və köməkçiləri də işdən azad olunub. Rəsmi açıqlamada qeyd edilib ki, Prezident Administrasiyasının rəhbərinin vəzifədən azad edilməsi ilə əlaqədar olaraq, bu qurumda rəhbərin köməkçisi və müşaviri statusunda çalışan şəxslərin hamısı, istər tam, istərsə də yarımştat əsaslarla işləyənlər, vəzifələrini itiriblər.
Azad edilən şəxslərin tam siyahısı nəşrə təqdim olunmayıb. Bununla belə, Prezident Administrasiyasının əvvəlki açıq məlumatlarına əsasən, 2024-cü ilin dekabr ayına olan vəziyyətə görə Andriy Yermakın doqquz müşaviri olub. Həmin dövrdə tam ştatla çalışan müşavirlər Oleksandr Bevz, Liliya Paşina, Viktoriya Romanova və Tatyana Hayduçenko olub. Yarımştat əsaslarla isə Dariya Zarivna, Mıxaylo Podolyak, Elina Elianova və Oleksandr Rodnyanski fəaliyyət göstərib.


