22 
Dek
2025
12:50
388

23–25 dekabr tarixlərində Gürcüstanda hava şəraiti dəyişəcək

23 dekabrda Gürcüstanda əsasən yağıntısız hava şəraiti saxlanılacaq, 24 dekabrdan etibarən isə fasilələrlə yağıntılı hava gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin Milli Agentliyi bağlı məlumat yayıb.

Paytaxt Tbilisidə əsasən yağıntısız hava proqnozlaşdırılır, gündüz saatlarında havanın temperaturu +8, +10 dərəcə isti olacaq.

Sahil bölgələrində, o cümlədən Batumi, Kobuleti, Anaklia və Potidə 23 dekabrda yağıntı gözlənilmir, 24–25 dekabr tarixlərində isə yağış yağacağı bildirilir. Bu ərazilərdə gündüz temperaturu +10, +12 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında 23 dekabrda hava əsasən yağmursuz keçəcək, 24–25 dekabrda isə yağış ehtimal olunur. Gündüz temperaturunun +11, +13 dərəcə olacağı gözlənilir.

Dağlıq ərazilərdə isə 23 dekabrda yağıntısız hava saxlanılacaq, sonrakı iki gündə yağış proqnozlaşdırılır, gündüz temperaturu +6, +8 dərəcə səviyyəsində olacaq. Yüksək dağlıq rayonlarda 24–25 dekabrda qar yağacağı bildirilir, temperatur gündüz +3, +5 dərəcə olacaq.

Kartli bölgəsində 23 dekabrda yağıntısız hava şəraiti gözlənilir, 24–25 dekabrda bəzi yerlərdə yağış yağacaq. Gündüz temperaturu +7, +9 dərəcə təşkil edəcək. Kaxetidə də oxşar hava şəraiti proqnozlaşdırılır, gündüz temperaturu +8, +10 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında 23 dekabrda yağıntı gözlənilmir, 24–25 dekabrda isə bəzi ərazilərdə yağış ehtimal olunur, gündüz temperaturu +5, +7 dərəcə olacaq. Yüksək dağlıq ərazilərdə isə 24–25 dekabr tarixlərində bəzi yerlərdə qar yağacağı, gündüz temperaturunun +1, +3 dərəcə arasında dəyişəcəyi qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər