21 
Dek
2025
16:58
654

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri həyata keçirilib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin cəzaçəkmə müəssisələri üzrə nümayəndəsi Hacı Anar Nurməmmədovun müraciəti əsasında idarənin nümayəndə heyəti son üç gün ərzində Qldani, Ksani və Rustavi penitensiar müəssisələrində olub.

InterPress.ge xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, səfərlər zamanı məhkumların dini-mənəvi vəziyyəti ilə maraqlanılıb, onları maraqlandıran dini mövzularla bağlı suallar cavablandırılıb və mənəvi dəstək göstərilib. Eyni zamanda ibadətlərin icrası üçün zəruri əşyalar təqdim edilib, dini ədəbiyyat paylanıb.

Məlumata görə, idarə bu istiqamətdə fəaliyyətini davam etdirməyi, cəzaçəkmə müəssisələrində olan şəxslərin dini maarifləndirilməsi və mənəvi dəstəklə bağlı tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Qeyd olunub ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi penitensiar müəssisələrlə əməkdaşlıq çərçivəsində dini və insani hüquqlarla bağlı məsələlərə diqqət yetirir və bu sahədə əlaqələrin davam etdirilməsini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər