21 
Dek
2025
11:41
170

“FaktMonitor”un analitiki: Bir tərəfdə “dərin dövlət”, digər tərəfdə sülhü dəstəkləyən dünya dayanır

“FaktMonitor”un analitiki Vaxtanq Topuriya ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard və respublikaçı konqresmen Anna Paulina Lunanın açıqlamalarına istinad edərək bildirib ki, onların dedikləri Gürcüstan hökumətinin uzun müddətdir səsləndirdiyi mövqeləri faktiki olaraq təsdiqləyir.

Topuriyanın sözlərinə görə, bir tərəfdə “boz kardinal”, yəni “Deep State” adlandırılan struktur dayanır və bu struktur öz təbliğat media şəbəkələri ilə fəaliyyət göstərir. Digər tərəfdə isə sülhü dəstəkləyən dünya yer alır. Analitik bu kontekstdə NATO və Avropa İttifaqını “Deep State” anlayışı ilə əlaqələndirərək, BBC və Reuters kimi media qurumlarını həmin təbliğat mexanizminin tərkib hissəsi kimi təqdim edib.

Vaxtanq Topuriya qeyd edib ki, Gabbard və Lunanın bəyanatları uzun müddətdir rəsmi Tbilisinin irəli sürdüyü arqumentlərin beynəlxalq müstəvidə səsləndirilməsi baxımından diqqətçəkici məqamdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər