Tbilisidə ağır xəsarət yetirmə faktı: əvvəllər məhkum olunmuş şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Q.-ni qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək 1985-ci il təvəllüdlü A.P.-ni yaralayıb və hadisə yerindən qaçıb. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs hadisədən bir neçə saat sonra saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə aparılır. Həmin maddə yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


