18 
Dek
2025
10:33
276

Polşalı avroparlamentar: Rus casusu ilə tərəfdaş ola bilmərik, İvanişviliyə qarşı sanksiyalar dərhal tətbiq olunmalıdır

"Rus casusu ilə tərəfdaşlıq mümkün deyil və Bidzina İvanişviliyə qarşı sanksiyalar təcili şəkildə tətbiq olunmalıdır."

InterPress.ge xəbər veri ki, bu barədə Polşalı Avropa Parlamenti üzvü Malqoşata Qoşevska bildirib.

Onun sözlərinə görə, əks halda Gürcüstanda daha böyük aqressiya ilə üzləşmək qaçılmaz olacaq.

Avropa Parlamentində çıxışı zamanı Qoşevska qeyd edib ki, həm gözyaşardıcı qazın qoxusunu hələ də xatırlayan bir polyak, həm də Gürcüstanın dostu kimi danışır. O vurğulayıb ki, Gürcüstan tanklarla deyil, fırıldaq yolu ilə oğurlanır və ölkədə baş verənlər siyasi deyil, kriminal böhrandır.

Avroparlamentarın sözlərinə görə, Gürcüstandakı rejim Avropa İttifaqının bayraqlarını daşıyan tələbələrə qarşı kimyəvi maddələrdən istifadə edir. O bildirib ki, dəfələrlə Mixail Saakaşvilinin azadlığa buraxılmasına çağırış edilsə də, hakimiyyət bütün Avropa qətnamələrini görməzdən gəlir. Qoşevska bunun səbəbini Saakaşvilinin Vladimir Putinin şəxsi düşməni olması və onun həbsdə saxlanılmasının Kremlə sədaqətin göstəricisi kimi qiymətləndirilməsi ilə izah edib.

Malqoşata Qoşevska qeyd edib ki, ABŞ artıq addım ataraq Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib və onu Gürcüstanda ölkənin suverenliyini məhv etmək məqsədi ilə hakim mövqe tutmuş rus kimi xarakterizə edib. Avroparlamentarın sözlərinə görə, Avropa İttifaqı da eyni mövqeni sərgiləməli, rus casusu ilə tərəfdaşlıqdan imtina etməli və İvanişviliyə qarşı sanksiyaları dərhal tətbiq etməlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər