Alman avroparlamentar: Əgər bu məlumatlar doğrudursa, “Gürcü Arzusu” Avropa ailəsinə üzvlük iddiasından imtina edib
"Əgər yayılan məlumatlar həqiqətə uyğundursa və “Gürcü Arzusu” rejimi kimyəvi silahı öz əhalisinə qarşı istifadə edirsə, bu halda Gürcüstanın Avropa ailəsinə üzvlüklə bağlı bütün ambisiyaları faktiki olaraq sona çatmış hesab edilməlidir."
InterPress.ge xəbər veri ki, bu barədə Almaniyalı Avropa Parlamenti üzvü Tobias Kramer Avropa Parlamentində çıxışı zamanı bildirib.
Kramer qeyd edib ki, söhbət nəfəs alma qabiliyyətini əlindən alan, dərini yandıran, güclü öskürək və qusma yaradan, təsiri isə yalnız bir neçə dəqiqə və ya saatla deyil, günlər və hətta həftələrlə davam edən maddədən gedir. Onun sözlərinə görə, bunlar Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi silah olan “kamit”in təsirləridir. Avroparlamentar bildirib ki, bu gün Avropada həmin maddənin yenidən istifadə edildiyinə dair müstəqil məlumatlar yayılıb.
Kremerin sözlərinə əsasən, mövcud məlumatlara görə, Gürcüstan hakimiyyəti sözügedən kimyəvi maddəni su şırnaqlarına qataraq işğalçı orduya qarşı deyil, öz vətəndaşlarına qarşı tətbiq edib. O, bunun səbəbi kimi artıq bir ildən çoxdur ki, gürcü xalqının demokratiya, qanunun aliliyi və ən əsası Avropa gələcəyi uğrunda dinc etirazlar keçirməsini göstərib.
Alman avroparlamentar vurğulayıb ki, Avropa İttifaqı Gürcüstanın özündən imtina etməməlidir. Onun fikrincə, “Gürcü Arzusu” hökuməti tərəfindən kimyəvi silahdan mümkün istifadə ilə bağlı müstəqil beynəlxalq araşdırma başlanmalıdır.
Kramer eyni zamanda yalnız diplomatik pasport sahibləri olan bir neçə şəxsə deyil, de-fakto hakimiyyətin rəhbəri Bidzina İvanişviliyə və bu ağır cinayətdə iştirak edən bütün şəxslərə qarşı real və məqsədli sanksiyaların tətbiq olunmasına çağırıb. Avroparlamentar bildirib ki, gürcü xalqı hər gün əsl cəsarət nümayiş etdirir və Avropa da eyni qətiyyəti göstərməlidir.


