Kaxa Kaladze: Tramvay layihəsinin həyata keçirilməyəcəyi ilə bağlı yayılan məlumatlar yalandır
Paytaxt meri Kaxa Kaladze hökumətin iclasında çıxışı zamanı tramvay layihəsinin reallaşdırılmayacağı barədə yayılan iddiaları təkzib edib. Onun sözlərinə görə, cəmiyyəti guya aldatdıqları və tramvay layihəsinin icra olunmayacağı ilə bağlı yayılan məlumatlar yalan və əsassızdır.
Kaxa Kaladze bildirib ki, tramvay layihəsi ilə bağlı tender artıq elan edilib və yanvar ayının sonunda qalib şirkət müəyyənləşdiriləcək. Merin sözlərinə görə, qalib şirkət seçildikdən sonra layihənin icrasına dərhal başlanılacaq.
Paytaxt meri vurğulayıb ki, bu layihə Tbilisidə ilk və son tramvay xətti olmamalıdır və gələcəkdə də oxşar layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, planlaşdırılan tramvay xətti Böyük Dighomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək.


