17 
Dek
2025
11:28
245

BBC-nin araşdırması: Avropa Parlamenti Gürcüstan məsələsi üzrə müzakirələrə hazırlaşır

Avropa Parlamenti bu gün səhər saatlarından etibarən Gürcüstan məsələsi üzrə müzakirələrə hazırlaşır. Brüsseldə keçiriləcək debatlarda gürcü xalqına qarşı kimyəvi maddələrdən mümkün istifadə iddiaları müzakirə olunmalıdır.

Avropalı deputatların bildirdiyinə görə, “Gürcü Arzusu”nun başladığı araşdırma Avropa İttifaqı tərəfindən etibarlı hesab edilmir. Məhz bu səbəbdən məsələ Avropa Parlamentinin gündəliyinə çıxarılıb.

Debatların Tbilisi vaxtı ilə təxminən saat 16:00-da başlanacağı gözlənilir. Qeyd olunur ki, sabah Brüsseldə Avropa Şurasının iclası keçiriləcək və burada 27 üzv dövlətin liderləri bir araya gələcək. Ehtimallara görə, Gürcüstan məsələsi sabahkı iclasın gündəliyində də yer alacaq.

Xatırladaq ki, BBC-nin araşdırmasına əsasən, Gürcüstan hakimiyyəti ötən il etiraz aksiyalarının dağıdılması zamanı su şırnaqlarında Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddə – “kamit”dən istifadə edib.

Mdinara­dzenin rəhbərlik etdiyi qurum BBC tərəfindən ictimai məkanda cinayət faktları ilə bağlı yayılan məlumatlara əsasən iki maddə üzrə istintaqa başladığını açıqlayıb.

Dövlət Təhlükəsizliyi Xidməti isə aksiyalar zamanı vətəndaşlara qarşı kimyəvi toz – xlorobenzilidin malononitrilin istifadə edildiyini bildirib. Qurumun açıqlamasına görə, sözügedən maddə 2007-ci ildə yəhudi şirkətindən alınıb və bu toz, eləcə də onun həlledicisi olan propilen qlikol qadağan olunmuş maddələr siyahısına daxil deyil.

DTX eyni zamanda BBC-nin qeyd etdiyi “kamit”in, yəni bromobenzil sianidin alınmasını da təkzib edib. Qurum əlavə olaraq, Xüsusi Təyinatlı Dəstənin departamentindən iki digər maddənin – trixloretilen və propilen qlikolun götürüldüyünü də açıqlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər