17 
Dek
2025
10:39
167

İrakli Kobaxidze: “Eagle Hills” investisiyasına qarşı kampaniya koordinasiyalı şəkildə aparılır

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Eagle Hills” investisiyasına qarşı aparılan kampaniyanın koordinasiyalı xarakter daşıdığını bildirib.

InterPress.gexəbərverirki, o, bu barədə “Aktual mövzu – Maka Tsintsadze ilə” verilişində çıxışı zamanı danışıb.

Baş nazirin sözlərinə görə, kampaniyaya əvvəlcə “Lelo” cəlb olunub, daha sonra isə prosesdən kənarlaşdırılaraq kampaniya “Alt-Info” və “Patriotlar Alyansı”na ötürülüb. Eyni zamanda, prosesdə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının da iştirak etdiyi qeyd olunub.

İrakli Kobaxidze vurğulayıb ki, Gürcüstan hazırda həm Avropa qitəsində, həm də regionda iqtisadi artım tempinə görə birinci yerdədir və bu fakt ölkənin bədxahlarını narahat edir. Onun sözlərinə görə, məhz bu səbəbdən digər kampaniyalarda olduğu kimi, “Eagle Hills” investisiyasına qarşı da eyni koordinasiyalı mexanizm işə salınıb.

Hökumət başçısı bildirib ki, əvvəlcə kampaniyanı “Lelo” başladıb, lakin son bir-iki həftə ərzində bu partiya prosesdən uzaqlaşdırılıb və təşəbbüs əsasən “Alt-Info” və “Patriotlar Alyansı”na həvalə olunub. Onun sözlərinə görə, bu qüvvələr konkret koordinasiya çərçivəsində hərəkət edirlər.

Kobaxidze qeyd edib ki, “Eagle Hills” investisiyasına qarşı irəli sürülən iddialar, o cümlədən “ərəbizasiya” ilə bağlı səsləndirilən fikirlər əsassızdır və faktlarla təkzib edilib. Baş nazir vurğulayıb ki, söhbət ölkə iqtisadiyyatına 11 milyard lari həcmində fayda gətirəcək misilsiz bir investisiyadan gedir. Onun sözlərinə görə, bu il Gürcüstan iqtisadiyyatı ilk dəfə olaraq 100 milyard larini ötəcək.

Baş nazir əlavə edib ki, layihə çərçivəsində heç bir vergi güzəşti, torpağın özgəninkiləşdirilməsi hüququ nəzərdə tutulmur və müqavilənin bütün məzmunu ictimaiyyət üçün açıqdır. Qalan iddialar isə, onun fikrincə, yalnız spekulyasiyadan ibarətdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər