16 
Dek
2025
13:53
225

Şalva Papuaşvili: Rusiya ilə münasibətlərin normallaşmasının şərti Gürcüstanın ərazi bütövlüyünün tanınmasıdır

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hakimiyyətin Rusiya ilə Gürcüstan arasında münasibətlərin normallaşdırılmasında maraqlı olub-olmaması ilə bağlı suala cavab verib.

InterPress.ge xəbər verir ki, Papuaşvilinin sözlərinə görə, Gürcüstan hakimiyyətinin Rusiya Federasiyası qarşısında irəli sürdüyü əsas şərt hamıya məlumdur.

“Biz Gürcüstanla Rusiya arasında münasibətlərin bərpasının hansı şərtlər əsasında mümkün olduğunu açıq şəkildə bildirmişik. Təbii ki, bu münasibətlər yalnız o halda normallaşa bilər ki, Rusiya Federasiyası Gürcüstanın ərazi bütövlüyünü tanısın. Normallaşmanın yolu məhz bundan keçir. Rusiya Federasiyası və onun hakimiyyəti münasibətlərin normallaşması üçün hansı şərtin mövcud olduğunu yaxşı bilir. Əlbəttə, biz normallaşmanın tərəfdarıyıq, lakin bunun əsas şərti Gürcüstanın ərazi bütövlüyünün tanınmasıdır”, – deyə Şalva Papuaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər