16 
Dek
2025
09:54
125

Donald Tramp BBC-ni məhkəməyə verəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp BBC-ni onun sözlərini təhrif etməkdə ittiham edib və media qurumuna qarşı məhkəmə iddiası qaldıracağını bildirib. Trampın sözlərinə görə, iddia bu gün və ya sabah məhkəməyə təqdim olunacaq.

O qeyd edib ki, BBC onun heç vaxt demədiyi fikirləri onun adından səsləndirib. Prezidentin iddiasına əsasən, bu məqsədlə süni intellekt və ya oxşar texnologiyalardan istifadə olunub. Tramp bildirib ki, media qurumu 6 yanvar hadisələri ilə bağlı ona aid olmayan “dəhşətli ifadələri” yayımlayıb, lakin onun patriotizm və digər müsbət mövzularla bağlı səsləndirdiyi fikirləri işıqlandırmayıb.

Donald Tramp baş verənləri “saxta xəbər” adlandıraraq vurğulayıb ki, iddia ehtimal ki, bu gün günorta saatlarında və ya sabah səhər məhkəməyə təqdim ediləcək. Onun sözlərinə görə, hazırda bir çox insan bu addımın atılıb-atılmayacağı ilə maraqlanır və hətta media da buna inanmaq istəmir, lakin yaxın vaxtlarda hər kəs buna şahid olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər