15 
Dek
2025
13:18
922

Gürcüstanda 16–18 dekabr tarixlərində hava şəraiti açıqlanıb

16–17 dekabr tarixlərində Gürcüstanın bəzi bölgələrində yağış yağacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

InterPress.ge xəbər veri ki, bu barədə Ətraf Mühitin Milli Agentliyi məlumat verib.

Sinoptiklərin proqnozuna əsasən, 18 dekabrda ölkə ərazisinin böyük hissəsində, o cümlədən Tbilisidə əsasən yağıntısız hava şəraiti hökm sürəcək.

Məlumatda bildirilir ki, sahilyanı rayonlarda – Batumi, Kobuleti, Anaklia və Poti şəhərlərində 16 dekabrda yağış gözlənilir, 17–18 dekabrda isə yağıntı olmayacaq. Gün ərzində havanın temperaturu +8, +10 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında, o cümlədən Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə 16 dekabrda yağış, 17–18 dekabrda isə əsasən yağıntısız hava proqnozlaşdırılır. Gün ərzində temperatur +9, +11 dərəcə olacaq.

Qərbi Gürcüstanın dağlıq ərazilərində – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti keçidində 16 dekabrda yağıntı gözlənilir, 17–18 dekabrda isə yağıntısız hava şəraiti hökm sürəcək. Gün ərzində temperatur +6, +8 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında, o cümlədən Mestia və Baxmaroda 16 dekabrda qar yağacağı, 17–18 dekabrda isə yağıntı olmayacağı bildirilir. Gün ərzində havanın temperaturu +1, +3 dərəcə olacaq.

Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Çxinvali şəhərlərində əsasən yağıntısız hava şəraiti gözlənilir. Gün ərzində temperatur +6, +8 dərəcə təşkil edəcək.

Kaxeti bölgəsində – Saqareco, Telavi, Qurdjaani, Siqnagi, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaro şəhərlərində də əsasən yağıntısız hava proqnozlaşdırılır. Gün ərzində temperatur +7, +9 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axalçixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə 16–17 dekabr tarixlərində bəzi yerlərdə zəif qar yağa bilər. 18 dekabrda isə əsasən yağıntısız hava gözlənilir. Gün ərzində temperatur 0, +2 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində – Axalkalaki, Zalka, Bakuriani, Qudauri və Omalo rayonlarında 16–17 dekabrda bəzi yerlərdə zəif qar ehtimal olunur, 18 dekabrda isə əsasən yağıntısız hava şəraiti hökm sürəcək. Gün ərzində havanın temperaturu -2, -4 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər