12 
Dek
2025
12:19
219

Kobaxidze: Sülh ölkəmiz üçün yalnız siyasi seçim deyil, ekzistensial prioritetdir

Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkmənistanda keçirilən beynəlxalq forumun plenar sessiyasında çıxışı zamanı ölkəsinin sülhə olan bağlılığını vurğulayıb.

InterPress.ge xəbər veri ki, forum “Sülh və etimad: Dayanıqlı gələcək üçün məqsədlərin birliyi” mövzusuna həsr olunub.

Kobaxidzenin sözlərinə görə, sülh və etimad prinsipləri təkcə ideallar deyil, həm də qlobal sabitliyi təmin edən əsas alətlərdir. O, bu forumda iştirak etməkdən böyük şərəf duyduğunu bildirib və BMT tərəfindən Türkmənistanın təşəbbüsü ilə keçirilən tədbirə görə təşəkkürünü çatdırıb. Baş nazir həmçinin Türkmənistan hökumətinin regional və qlobal səviyyədə dialoq, əməkdaşlıq və konstruktiv iştirakın təşviqinə sadiqliyini yüksək qiymətləndirib.

“Forumun mövzusu – ‘Sülh və etimad: Dayanıqlı gələcək üçün məqsədlərin birliyi’ – tam şəkildə Gürcüstanın dəyərlərini və xarici siyasət prioritetlərini əks etdirir. Bu gün qlobal ictimaiyyət silahlı münaqişələrdən, iqlim dəyişikliyindən və iqtisadi qeyri-sabitlikdən qaynaqlanan çətin çağırışlarla üzləşib. Belə bir kontekstdə sülh və etimad prinsipləri təkcə ideallar deyil, həm də qlobal sabitliyi təmin edən ən vacib vasitələrdir. Ölkəmizin iki tarixi regionunun davam edən işğalını nəzərə alaraq, Gürcüstan sülhü yalnız siyasi seçim deyil, ekzistensial prioritet hesab edir”, – deyə Baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər