12 
Dek
2025
09:42
268

Tbilisidə Mərkəzi Şam Ağacı bu gün işıqlandırılır, “Yeni İl Kəndi” açılır

Bu gün saat 20:00-da Tbilisinin Birinci Respublika meydanında şəhərin mərkəzi Yeni il şam ağacı işıqlandırılacaq və “Yeni İl Kəndi”nin rəsmi açılışı keçiriləcək.

InterPress.ge xəbər verir ki, eyni zamanda paytaxtın bütün ərazisində bayram işıqları da aktivləşdiriləcək.

Tədbirin açılışında musiqili-teatral proqram, akrobatik və rəqs nömrələri təqdim olunacaq. Səhnədə Oskar Uayldın məşhur “Ulduz Oğlan” nağılının final hissəsi də nümayiş etdiriləcək. Proqrama Tbilisi Meriyasının Gimnastika Mərkəzi, Meko Kvaçantiradzenin balet studiyası, Dato Potsxişvilinin “Metexi” ansamblı, Davit Evgenidze və “Ranina” layihəsinin iştirakçıları, aktyorlar Keti Xitiri və Ivane Yantbelidze qatılacaqlar. Tədbirin aparıcıları Levan Xurtsia və Manika Asatiani olacaq, rejissoru isə Nikoloz Heine-Şvelidzedir. Konsepsiya şəhərin bu ilki şüarı olan “Xeyirxahlıqla dolu şəhər” mövzusunda hazırlanıb.

Meriyanın məlumatına görə, 12 dekabrdan 7 yanvara qədər fəaliyyət göstərəcək “Yeni İl Kəndi”ndə hər gün qastronomiya və sahibkarlıq yarmarkaları, musiqi qruplarının konsertləri, sərgi-satış tədbirləri, Milad bazarı, kulinariya ustad dərsləri, teatrlaşdırılmış performanslar, açıq hava kinoteatrı, idman və rəqs proqramları, həmçinin uşaqlar üçün xüsusi mövzu zonaları və məşğələlər təşkil olunacaq.

Ərazidə böyük buz meydançası, attraksion parkı, Yeni il qatarı və ən çox gözlənilən məkan – Santa Klausun evi quraşdırılacaq.

Rəsmi məlumata görə, “Yeni İl Kəndi” 7 yanvar – Milad günündə bağlanacaq. Buz meydançası və paytaxtın əsas şam ağacı isə 14 yanvara qədər fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın