ABŞ Prezidenti Tramp: “CNN satılmalıdır, idarəçilər fəaliyyətinə davam etməməlidir”
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüş zamanı CNN telekanalının satılması gərəkdiyini bildirib. Onun sözlərinə görə, hazırda CNN-i idarə edən şəxslər qeyri-vicdanlı insanlar qrupunu təmsil edir və onlara şirkətin idarəsini davam etdirmək icazəsi verilməməlidir.
Tramp çıxışında qeyd edib ki, CNN-in fəaliyyəti nəticəsində kanal ciddi itkilər verib, izləyici sayı çox aşağıdır və bu, hazırkı menecmentin fəaliyyətinin nəticəsidir. Prezidentin fikrincə, bu şəxslər telekanalın idarəsini daha da davam etdirməməli, kanal ya satışa çıxarılmalı, ya da hər hansı bir müqavilənin tərkib hissəsi kimi idarə olunmalıdır.
O bildirib: “CNN-i dağıdan insanlara artıq idarəetmə hüququ verilməməlidir. Hər hansı bir gələcək razılaşma bunu təmin etməlidir. Mən hesab edirəm ki, CNN ya satışa çıxarılmalı, ya da razılaşmanın tərkib hissəsi olmalıdır”.


